Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti matçını keçirib.
BUTA.TV xəbər verir ki, "Molde" səfərində 2-2-lik bərabərliyə imza atan təmsilçimiz Konfrans Liqasına vəsiqəni təmin etməklə yanaşı, Avropa Liqasının pley-offuna yüksəlmək üçün yaxşı şans əldə edib.
Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən “Qarabağ” ikinci pillədəki yerini qoruyub. Eyni xala malik “Molde” isə üçüncü yerdə qalıb.
Qrupun digər oyununda Almaniyanın “Bayer” klubu səfərdə İsveç təmsilçisi “Hekken”i 2:0 hesabı ilə məğlub edib. Almaniya təmsilçisi xallarının sayını 15-ə çatdırıb. "Hekken"in isə xalı yoxdur.
Qeyd edək ki, “Qarabağ” yer aldığı H qrupunda son matçını dekabrın 14-də Bakıda İsveç klubu “Hekken”ə qarşı keçirəcək.
- 20 günün əsgəri vəfat etdi - Foto
- Zakir Həsənov bu AB ölkəsinə getdi
- Heydər Əliyev zirvəsinə yürüş keçirildi
- Litva Hərbi Akademiyasının nümayəndə heyəti Bakıya gəldi
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
- Şəmkirdə ağır qəza: ölən var
- Mağazadan seyfi oğurlayarkən kameraya düşdü – Anbaan video