Milli Məclisin sədri Sahibə Qafarova Berlində Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Johann David Vadephul ilə görüşüb. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən BUTA.TV-a bildirilib ki, söhbət zamanı Azərbaycan və Almaniya arasında münasibətlərin inkişafında qanunverici orqanların birgə işinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Parlamentarilər, o cümlədən dostluq qrupları arasında təmasların artırılmasının önəmi diqqətə çatdırılıb. Azərbaycan parlamenti sədrinin Almaniyaya səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə töhfə verəcəyinə inam ifadə olunub.
Görüşdə Milli Məclisin sədri regionda mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirdiyi bərpa və quruculuq işləri, ölkəmizin Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı təşəbbüsləri haqqında da məlumat verib.
- 20 günün əsgəri vəfat etdi
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
- Şəmkirdə ağır qəza: ölən var
- Mağazadan seyfi oğurlayarkən kameraya düşdü – Anbaan video
- Bakıda saxlanılmış mafiya başçısı Şri-Lankaya ekstradisiya edilib - Video
- 16 yaşlı yeniyetmənin meyiti tapıldı - Foto
- Azərbaycanda hantavirusa yoluxma varmı? - Video