2022-ci ilin sentyabr ayında İranda başlayan etiraz aksiyaları zamanı hökumət məmurları tərəfindən öldürülən Məhəmməd Cavad Zahidinin anası Məhsa Yəzadni 13 il azadlıqdan məhrum edilib.
BUTA.TV xəbər verir ki, bu barədə onun vəkili Meysəm Musəvi məlumat yayıb. O, müvəkkilinin ağır həbs cəzasının Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edildiyini bildirib.
Vəkilin sözlərinə görə, Məhsa Yəzadni “hökumətə qarşə təbliğat”, “rəhbəri təhqir etmək” və “müqəddəsləri təhqir etmək” ittihamlarına görə cəzalandırılıb.
Qeyd edək ki, oğlu məmurlar tərəfindən güllələnən ana sosial mediada hakimiyyətin dinc etirazçıları qətlə yetirdiyi ilə bağlı paylaşımlar etmişdi.
- Dövlət qurumları adından kütləvi fişinq hücumları oldu
- Sabah Bakının bu rayonlarında qaz olmayacaq
- Zamirə Ədilova vəzifəsindən ayrıldı
- Bakıda qəribə olay: Məhkəmədən öz həbsini istədi
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı