Müğənni Şəbnəm Tovuzlu emosional açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
BUTA.TV Bizim.Media-ya istinadla xəbər verir ki, o, “Xəbərin var?” maqazin verilişində əri Hacı Ramildən söz açıb. Şəbnəm bildirib ki, əri ilə uzun müddət küsülü qala bilmir və barışmaq üçün həmişə özü addım atır:
“Elə olub ki, 5 gün küsülü qalmışıq. Düşünürəm ki, axı, necə ola bilər, bu qədər küsülü qalmaq? Küsülülüyə dözə bilmirəm. Ona zəng edib ürək sözlərimi deyirəm. Hətta qarşısına çıxıb, əsəbiləşir, onu vururam. Amma o heç vaxt mənə əl qaldırmaz. Deyirəm ki, tez de, “Məni sevirsən, yoxsa sevmirsən? Gözümün içinə bax, de ki, Şəbnəm, səni sevmirəm”. Bunu mənə deyə bilərsən?! Təbii ki, yox!”
Qeyd edək ki, Şəbnəm Tovuzlunun ilk nikahından Günel adlı qızı var. Onun tezliklə toyu olacaq. Hacı Ramillə nikahdan isə müğənninin Əli adlı oğlu var.
- Azərbaycanda ən populyar axtarış sistemləri məlum oldu
- Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə ləğv edildi
- 5 milyona yazılan "inkişaf strategiyası"nın sonu...
- Ziya Məmmədovun qardaşı oğlu ələ keçirdiyi villanı məhkəmədə uduzdu
- Türkiyə təyyarəsinin İsrailin vurması barədə deyilənlər... - MN
- Hüseyn Abdullayev ölümün bir addımlığındadır - Vəkil
- Rasim Balayevi kim əvəz edir?
- Həsənovun cinayət işi məhkəməyə göndərildi