Sabah güclü rəqiblə qarşılaşacağıq. Çalışacağıq ki, maksimum gücümüzü ortaya qoyaq.
BUTA.TV xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin kapitanı Emin Mahmudov Avro-2024-ün seçmə mərhələsində Bakıda İsveç yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.
31 yaşlı yarımmüdafiəçi rəqibin keyfiyyətli futbolçulardan təşkil olunduğunu bildirib:
"İsveç iddialı komanda olsalar da, məqsədimiz yalnız qələbədir. Səfərdəki qarşılaşmada yaxşı oyun nümayiş etdirə bilməmişdik. Bu isə komandaya pis təsir etmişdi. Top daha çox bizdə oldu, 60-cı dəqiqəyə qədər yaxşı müdafiə olunduq, amma ağır məğlubiyyətlə üzləşdik. Həmin məğlubiyyətin əvəzini çıxmaq istəyirik”.
Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq Azərbaycan - İsveç görüşü saat 21:00-da start götürəcək.
- ADSEA-nın rəqəmsal xidmətləri “mygov”a inteqrasiya edilir
- Səfərbərlik Xidmətindən ölən əsgərlə bağlı - Açıqlama
- Hərbçilər minaya düşdü: Hərbi Prokurorluqdan reaksiya
- Balakəndə narkotik plantasiyası aşkarlandı
- Biləcəridə işıq olmayacaq
- Bakıda güclü yanğın: xəsarət alan var?
- Sabirabadda zəncirvari qəza: 1 ölü, 5 yaralı
- Londonda azərbaycanlı qadın vəfat etdi - Foto