Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan BUTA.TV-a verilən məlumata görə, həmin şəxsin üzərinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov AKS-74”markalı avtomat silah, 1 ədəd patron sandığı və 25 ədəd patron aşkar olunaraq götürülüb.
Aparılan araşdırmalar zamanı saxlanılan şəxsin rayonun Giləzi qəsəbə sakini, əvvəllər oğurluq, xuliqanlıq və narkotikə görə məhkum olunmuş Ramil Vəliyev olduğu müəyyən edilib.
Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Min cütlük eyni vaxtda evləndi, hərbi texnikaları “gəlin maşını” etdilər - Video
- Keçmiş məcburi köçkünlərin diqqətinə!
- Prezident xanımı ilə “Gülüstan” sarayında ziyafətə qatıldı - Fotolar+Video
- Bakının bu ərazilərində qaz kəsiləcək
- Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər
- 15 əsrdir, kanalizasiyaları var - Prezident o kəndi nümunə çəkdi
- Naxçıvana uçuşlar yenə ləğv olundu
- “Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm” - Prezident