HƏMAS qruplaşmasının məhv edilməsi üçün İsrailə bir neçə il lazımdır.
BUTA.TV xəbər verir ki, bunu MOSSAD-ın keçmiş rəhbəri Zoar Palti deyib. "İsrail HƏMAS-a qarşı müharibəyə vaxt məhdudiyyəti qoymayacaq, çünki o, 7 oktyabrdakı kimi hücumların bir daha təkrarlanmayacağına dair təminat istəyir. İkinci İntifada üç-dörd il davam etdi. Bənzər bir şeyin indi baş verməsinə hazır olmalıyıq", - o bildirib.
Paltinin sözlərinə görə, İsrail ordusunun Qəzza zolağındakı hazırkı əməliyyatı ilk deyil və sonuncu da olmayacaq:
"Hava hücumları və quru basqınları daha böyük əməliyyatla izləniləcək, lakin bu belə müharibəni bitirməyəcək".
- Bu xəbərlərə də göz at
- Blinken: Husilər İranın dəstəyi ilə hücum edir
- MOSSAD Türkiyədə bu şəxslərin ovuna çıxsa... – Perinçək
- 653-cü gün: Rusiyanın itkiləri açıqlandı
- Rusiyada araq istehsalı azaldı
- Bakıdan Kiyevə növbəti yardım göndərildi - Foto
- HƏMAS Fələstinin yaradılmasına cəlb olunur