Çox pisdir ki, hələ də necə bir dövlət istədiyimizi bilmirik, bu o deməkdir ki, biz uğursuz dövlətik . Dövlətçilik ideyası iflasa uğrayandan sonra biz dövlətçilik haqqında düşüncələri sıfırdan formalaşdırmağa başlamalıyıq, çünki indiyədək dövlətçilik haqqında kitablarımız olub, lakin bu kitabların müəllifləri öz yazdıqlarına inanmayıblar.
BUTA.TV xəbər verir ki, bunu İrəvan Dövlət Universitetinin professoru Artur Atanesyan Ermənistandakı mövcud vəziyyəti şərh edərkən deyib.
“Tələbələrimə deyirəm ki, Şekspirin məşhur “Həyat səhnədir, insanlar aktyordur” misrasını hərfi mənada qəbul etmək olmaz. Həyat teatr deyil, biz aktyor deyilik, əsgərimiz real həyatda, döyüş meydanında həlak olub, o artıq yoxdur və bu tamaşanın sonu deyil, həyatın sonudur. Ona görə deyirəm: aşağı en, torpağa toxun, real şəkildə düşün, nəsə əkib-becərməyə çalış. Azərbaycan Qarabağda məhz belə edir. “Qarabağı qaytaracağıq” deyirik, amma Azərbaycan faktiki olaraq yerli hava limanları tikir. Biz hər şeyi öz içimizdə belə idarə etmirik. Bu uğursuzluqdur, gəlin indi başımıza nə gələcəyini anlayaq. İnsanları güclü və qürurlu olmaları üçün ruhlandırırlar, amma biz başqa yerlərdən idarə olunuruq. Bəli, gələcək var, o, 100 faiz başqaları tərəfindən, kənardan idarə olunmaq imkanıdır. Maraqlıdır ki, kimin idarə edəcəyinə biz qərar vermirik, bu başqalarından asılıdır. Obrazlı desək, pul üçün başqaları ilə yatan qadın kimi bizə kimin nəzarət edəcəyinə biz qərar vermirik”, - o bildirib.
- Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək?
- Bu rayonun bir hissəsində qaz kəsiləcək
- “AzerGold” yeni xatirə sikkəsini təqdim edəcək
- Sabunçuda qadın evdən doqquz min manat oğurladı
- "Azercell" yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
- Prezident və xanımı açılışda iştirak etdi
- ADSEA sədri tikinti-bərpa işləri ilə tanış oldu – Video
- "Azərsun Holdinq" bu istiqamətdə fəaliyyətini genişləndirir