Estoniya bundan sonra Rusiyanın Kalininqrad və Kinqissep şəhərlərinin tarixi adlarından istifadə edə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Estoniyanın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Marko Mikelson danışıb.
Məlumata görə, komitə üzvləri belə qənaətə gəliblər ki, eston dili sovet adı olan Kalininqraddan imtina etməli və əvəzinə tarixi Köniqsberq adından istifadə etməlidir. Onlar həmçinin hesab edirlər ki, Rusiyanın Kinqisepa şəhəri üçün keçmiş Yamburq və ya Yaama adından istifadə edilməlidir.
Bildirilib ki, bu düzəliş baxılması üçün Estoniya Ədəbiyyat Cəmiyyətinin Dilçilik Komitəsinə göndərilib.
- Bu xəbərlərə də göz at
- Daha bir azyaşlı qızılcadan dünyasını dəyişdi
- BDU-nun professoru dünyasını dəyişdi
- ABŞ-ın yeni səfiri Azərbaycan dilində açıqlama verdi - Video
- HƏMAS bundan imtina etdi, fasiləni pozdu - Qallant
- İran dəniz minalarına qarşı yeni dronunu təqdim etdi
- ABŞ istehsalçıları Çinə sanksiyalardan narazıdır - Nazir