Türkiyənin Azərbaycandakı səfirliyində 30 avqust - Zəfər Günü münasibətilə mərasim keçirilib.
BUTA.TV xəbər verir ki, tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər iştirak ediblər.
Mərasimdə əvvəlcə Azərbaycan və Türkiyə Dövlət himnləri səsləndirilib.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilk olaraq Mustafa Kamal Atatürkün rəhbərliyində Zəfər üçün canından keçən şəhidləri yad edib, Allahdan onlara rəhmət diləyib.
Diplomat daha sonra Türkiyədəki zəlzələ fəlakətinə diqqət çəkib: "Biz əsrin fəlakətini yaşadıq. Amma qısa müddətdə 85 milyon çiyin-çiyinə verib yenidənqurma işlərini başlatdı. Əsrin fəlakətində başda Azərbaycan olmaqla ölkəmizə yardım edən hər kəsə təşəkkür edirəm. Cümhuriyyətimizin 100-cü ilinə çatarkən Türkiyə müdafiə sənayesində inkişafı 80 faizə çatdırıb. Türkiyə bu gün bölgədə güclü ölkə səviyyəsindədir".
C.Bağçı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının zəruri olduğunu söyləyib: "Azərbaycanla Ermənistan arasında bir-birinin ərazi bütövlüyünün tanınması ilə nməticələnəcək sülh müqaviləsinin imzalanacağını ümid edirik. Bu istiqamətdə Azərbaycanın atdığı addımları dəstəkləyirik".
- “Azercell”in “Kitab Klubu” mütaliə həvəskarlarını bir araya gətirdi
- Qarabağa getmək istəyənlərin nəzərinə!
- Prezident fərman imzaladı
- COP29 vaxtı restoran və gözəllik salonları bağlanacaq? - Rəsmi
- Taleh Qaraşovu öldürmək istəyən şəxs ifadədən imtina etdi
- Toy karvanında avtoşluq edib, yayanlar 500 manat cərimələndi
- Ölkədə bu hadisələr 80% azalıb – Hərbi prokuror
- Heydər Əliyev prospektindəki zəncirvari qəzanın - Videosu