2021-ci ildə Azərbaycan Bayrağını təhqir edən 3 erməni futbolçuya humanizm prinsiplərindən yanaşılacağı haqda məlumat yayılıb.
BUTA.TV xəbər verir ki, Teleqram kanalları onların səmimi etirafları və peşmanlıqları olacağı təqdirdə Azərbaycan dövlətinin onların gəncliyini, təsir altında olmalarını nəzaərə alaraq, inzibati məsuliyyətə cəlb ediləcəkləri haqda məlumat yayıb.
İddialara görə, onlar 10 sutka inzibati həbs ala bilərlər.
Qeyd edək ki, “Martuni Avo” komandasının üzvləri 2021-ci ildə Azərbaycan bayrağını təhqir etmişdilər. Bununla bağlı Baş Prokurorluq tərəfindən CM-nin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi açılmışdı.
Komanda üzvlərindən 3 nəfər bu gün “Laçın” postunda saxlanılıb.
- Sübhaninin Zəngəzur dəhlizi iddiasına – Rusiyadan cavab
- Erməni əsilli şəxslər necə saxlanılıb?
- Ermənistan muzdlu döyüşçülərdən istifadə edib
- MN-in sabiq rəisi ilə bağlı vəsatətə baxılmadı
- Bu universitetin rektoru istefa verdi
- Bakı ilə İrəvan razılığa gəldi: növbəti görüş...
- Putin hər şeyi alacaq: səbəb budur – Bəs, Bakı?
- Bakı və Moskva arasında gərginlik yaratmaq cəhdləri... - Zaxarova