NATO-nun Ukrayna strategiyası iflasa uğradı - Konte

11:42 - 27 Avqust 2023 - GÜNDƏM

 NATO-nun Ukrayna strategiyası iflasa uğradı - Konte

NATO-nun Ukrayna strategiyası iflasa uğradı.

BUTA.TV xəbər verir ki, bunu İtaliyanın keçmiş baş naziri Cüzeppe Konte deyib.

“NATO-da indiyədək Ukraynaya daimi hərbi təchizat və eskalasiya məntiqinə əsaslanan strategiya Rusiyanın istənilən hərbi məğlubiyyətinə səbəb olmayıb”, - Konte bildirib.

Onun sözlərinə görə, rus ordusunun məğlubiyyəti və hərbi hissələrinin darmadağın edilməsi olmadı. Üstəlik, Ukraynanın əks-hücum cəhdi zamanı da Rusiya geri çəkilmədi:

“Bundan başqa, Rusiya əleyhinə sanksiyalar ölkənin müflisləşməsinə səbəb olmadı və iqtisadiyyatını sarsıtmadı. Qərb də Rusiyanı təcrid edə bilmədi, bunu yenicə yekunlaşan BRİKS sammiti sübut etdi”.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol