Rusiyada fövqəladə vəziyyət tətbiq edilir

18:24 - 9 İyun 2023 - GÜNDƏM

 Rusiyada fövqəladə vəziyyət tətbiq edilir

Voronej şəhər meriyasına dəymiş ziyanı operativ şəkildə aradan qaldırmaq üçün regional miqyasda fövqəladə vəziyyət rejimi tətbiq etmək tapşırılıb.

BUTA.TV xəbər verir ki, bunu Rusiyanın Voronej vilayətinin qubernatoru Aleksandr Qusev deyib.

“Bu, çoxmərtəbəli yaşayış binasına və məhəllədəki fərdi evə dəymiş ziyanı tez bir zamanda aradan qaldırmaq məqsədi daşıyır”, - o bildirib.

Qeyd edək ki, qubernator daha əvvəl bildirmişdi ki, PUA-nın Belinski küçəsindəki binaya çırpılması zamanı 3 nəfər şüşə sınıqlarından yüngül xəsarətlər alıb, ölüm faktı olmayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol