Seçki öncəki sorğular və müşahidələrim, o cümlədən siyasi proseslər və seçicilərin münasibəti Cümhur İttifaqının namizədi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah rəqibini ən azı 8%-lə üstələyəcəyini deməyə əsas verir.
Bu sözləri BUTA.TV-a açıqlamasında türkiyəli yazar Həsən Barın sabah baş tutacaq prezident seçkilərinin ikinci turu haqda qeyd edib.
O bildirib ki, 28 mayda CHP sədri, “Altılı masa”nın namizədi Kamal Kılıçdaroğlunun uduzacağı ehtimalı çox yüksəkdir:
“Artıq Ərdoğanın qalib gəlməsi deyil, neçə faizlə qalib gələcəyi müzakirə mövzusudur.
Hesab edirəm ki, sabahkı məğlubiyyətdən sonra Kamal Kılıçdarooğlunun CHP-dən istefa verməsi gündəmə gələcək. Ümumilikdə nəticədən çox adam məsuliyyət daşıyacaq və CHP-də bir silkələnmə olacağı qaçılmazdır.
Zatən, 73 yaşlı Kılıçdaroğlu da məsuliyyət daşıyır. Əgər CHP sədrliyindən dərhal istefa verməsə, onda bir daha CHP sədrliyinə seçkilərə namizədliyini verməyəcək”.
Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu 28 mayda keçiriləcək. Sabahkı seçkilərdə Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan və “Altılı masa”nın namizədi, CHP sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq.
- Pensiyalar ödənildi - Şad xəbər
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu