Rəsmi Tehran: Taliban hökumətini tanımırıq

13:48 - 26 May 2023 - GÜNDƏM

 Rəsmi Tehran: Taliban hökumətini tanımırıq

İran Əfqanıstandakı Taliban hökumətini tanımır.

BUTA.TV İRNA-ya istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

“Biz Əfqanıstanın hazırkı hakim orqanını tanımırıq və Əfqanıstanda inklüziv hökumətin qurulmasının zəruriliyini vurğulayırıq. Çünki Taliban Əfqanıstan reallığının bir hissəsidir, hamısı deyil. Biz Əfqanıstanda inklüziv hökumətin formalaşmamasından narazıyıq, Əfqanıstanın hazırkı hakim orqanına açıq şəkildə bildirmişik ki, biz Əfqanıstanın indiki hakim orqanını tanımırıq”, - Əmirabdullahiyan bildirib.

Qeyd edək ki, İran və Taliban hökuməti arasında münasibətlər Rəisinin su ilə bağlı açıqlamasından sonra daha da gərginləşib.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol