Tovuzda 13 yaşlı qızı qaçırmaqda təqsirləndirilən 44 yaşlı Səfər Kavazov məhkəmə qarşısına çıxarılıb.
BUTA.TV xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 152.2 (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu gün təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Səfər Kavazov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, mayın 20-də 13 yaşlı Ə.Tağıyeva yaşadığı Tovuz rayonunda itkin düşüb. Sonradan onun ailə qurmaq məqsədilə öz istəyi ilə Xaçmaz rayonuna getdiyi bildirilib. Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyeva Xaçmaz rayonunda tapılıb. Onu qaçırmaqda şübhəli bilinən Səfər Kavazov saxlanılıb.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?