Əliyev çox ağıllıdır, Ermənistan mövcud olmayacaq

17:34 - 24 May 2023 - GÜNDƏM

 Əliyev çox ağıllıdır, Ermənistan mövcud olmayacaq

Rusiya prezidenti hansı əsasla erməni baş nazirdən daha çox erməni olmalıdır?!

BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Satanovski deyib.

Paşinyanı Saakaşvili ilə müqayisə edən Satanovski onun İrəvanın oriyentasiyasını Moskvadan Vaşinqtona döndərdiyini bildirib. Erməniyönlü politoloq bunun sayəsində Ermənistanın Qarabağdan imtina etdiyini söyləyib.

O, ermənilərin öz taleyi ilə barışmalı olduqlarını deyib:

“Erməni xalqı Paşinyanı seçibmi? Seçib! Qoy, indi ondan inciməsinlər. Əvvəldən bəlli idi ki, o kimdir və nə istəyir. Qarabağla baş verənlər isə hələ başlanğıcdır”.

Satanovski Paşinyanın başlatdığı prosesin sonunda Qarabağı Rusiya sülhməramlılarının tərk edəcəyini bildirib:

“Bu, amerikalılar üçün vacibdir, çünki o onların adamıdır. Bəli, türklər də avropalılarla birgə Paşinyanın onlara gətirdiyi paydan imtina etməyəcəklər. Qarabağda ermənilərin qalıb-qalmayacağı isə Paris, Vaşinqton və Ankaranı maraqlandırmır. Əliyev Rusiya ilə münasibətləri gərginləşdirmir. Çünki çox ağıllıdır”.

Satanovski bu gedişlə Ermənistanda Rusiya bazalarının da olmayacağını söyləyib. O bunun əvəzində ölkəyə NATO bazasının gələcəyini və Ermənistanın Türkiyə vilayəti olacağını qeyd edib:

“Ermənilərin Paşinyanı yox idi, əvəzində Qarabağı və Ermənistanı var idi. Peyda olan kimi Qarabağ yox oldu, yəqin, tezliklə Ermənistan da olmayacaq”.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol