Bu hərbçilərimiz mükafanlandırıldı - Video

10:20 - 22 May 2023 - GÜNDƏM

 Bu hərbçilərimiz mükafanlandırıldı - Video

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü tədris ilinin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda keçirilən hərbi beşnövçülük üzrə birincilik yarışı yekunlaşıb.

Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.

Birincilikdə iştirak edən hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, 200 metr məsafəyə avtomatdan atış, qumbaraatma, 8 kilometr məsafəyə kros və üzgüçülük növləri üzrə yarışlarda yüksək peşəkarlıq nümayiş etdiriblər.

Mükafatlandırma mərasimində bildirilib ki, hərbi qulluqçu üçün döyüş hazırlığı ilə yanaşı, fiziki hazırlığının da daimi yüksək səviyyədə saxlanılması vacib şərtdir. Ordumuzda keçirilən bu cür yarışlar sayəsində şəxsi heyət arasında sağlam rəqabət yaratmaqla bərabır gənclər arasında idmana maraq daha da artır.

Gərgin mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən, "Hərbi İnstitut", "Quru Qoşunları" və "Hərbi Hava Qüvvələri"nin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

Fərdi şəkildə hərbi qulluqçular arasında kursant Rəvan Kətənov birinci, MAHHXHQ çavuş Eyub Eyubov ikinci, kursant Toğrul Həsənov isə üçüncü yerə layiq görülüblər.

Yekunda qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar.


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol