Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Maksim Şevçenko: “Qarabağı Azərbaycanın hesab etmirlər? Bacarırlarsa, statusu dəyişməyə cəhd etsinlər”

Siyasət
Maksim Şevçenko: “Qarabağı Azərbaycanın hesab etmirlər? Bacarırlarsa, statusu dəyişməyə cəhd etsinlər”

Tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Qarabağın heç bir statusda Azərbaycanın bir hissəsi ola bilməyəcəyi barədə İrəvanda yayılan fikirlərə aydınlıq gətirib.

 

O, Caliber.Az-a verdiyi müsahibədə bunları boş söhbət adlandırıb:

 

“Bu, daxili auditoriya üçün nəzərdə tutulmuş mənasız söhbət kimi qəbul edilməlidir. Deyirlər, Qarabağ heç bir statusla Azərbaycanın bir hissəsi olmayacaq? Bacarırlarsa, bu seçimi dəyişdirməyə çalışsınlar (gülür – red.)”.

 

Şevçenko İrəvanda Qarabağla bağlı yayılan “ən vacib prinsip xalqın öz müqəddəratını təyinetmə hüququdur” mesajına da fikir bildirib:

 

“Bəs bu prinsip niyə yalnız erməni xalqına aiddir, azərbaycanlılar niyə unudulub? Vudro Vilsonun manifestində (1918-ci ildə ABŞ Prezidenti Vudro Vilson millətlərin öz müqəddəratını təyinetmə hüququnu da özündə cəmləşdirən “On dörd Nöqtə və Dörd Prinsip”i ABŞ Konqresinə təqdim edib – red.) söhbət xalqların öz müqəddəratlarını təyinetmə hüququndan yox, millətlərin hüququndan gedirdi. Millət isə xalq deyil”.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla