Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar onlayn tədbir keçirilib

Ölkə
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar onlayn tədbir keçirilib

Fevralın 25-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar onlayn tədbir keçirilib.
 

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, şəhər icra hakimiyyətinin məsul şəxsləri, başçının kənd və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, ziyalılar, fəal gənclər iştirak ediblər.

Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, Xocalı faciəsi insanlığa qarşı ən böyük cinayətidir.Bu soyqırımı 613 nəfərin həyatına son qoyub, 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb,150 nəfər itkin düşüb.

Vurğulanıb ki, Xocalı soyqırımına yalnız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və diqqəti sayəsində hüquqi-siyasi qiymət verilmişdir. Bu gün Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə təbliği və günahkarların öz cəzasını alması istiqamətində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə hücum diplomatiyası uğurla həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində geniş  tədbirlər həyata keçirilir. Xocalı faciəsi hər il dünyanın 80-dən artıq ölkəsində geniş şəkildə anılır və ictimaiyyətə çatdırılır.

Qeyd olunub ki, ötən ilin ən vacib hadisəsi torpaqlarımızın işğaldan azad olunmasıdır. Sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan əks-hücum əməliyyatı şanlı Qələbə ilə başa çatdı. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etdi. Prezident cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti, diplomatik sahədə əldə etdiyi uğurlar və Ordumuzun gücü, qüdrəti sayəsində bu Qələbə əldə olundu. 30 ilə yaxın müddətdə düşmənin işğalı altında qalan tarixi torpaqlarımız azad oldu.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Son 12 saatda yüklənən xəbər yoxdur

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla