Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə BUTA.TV-a qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs edilmiş şəxsin qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zamanı, orada olan ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd kağız bükülüdə ümumi çəkisi 0,034 qram olan narkotik maddə - heroin aşkarlanıb.
Bundan başqa, Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 6 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar azadlıqdan məhrum edilmiş şəxsin yanına qısamüddətli görüşə gəlmiş qardaşının üzərinə baxış keçirilən zaman, əynində olan göy rəngli şalvarın yan cibində kağız bükülüdə ümumi çəkisi 0,082 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
- Xaçmazda 37 yaşlı kişi kanalda boğuldu
- Aeroport şosesində baş verən qəzanın - Anbaan videosu
- Restoranda kütləvi zəhərlənmə oldu
- Qobustanda 9 yaşlı uşaq gölməçəyə düşərək öldü
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...