Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Azərbaycanlı müəllimin Şəhidlər haqqında yazdığı məqalə Türkiyədə çap olunub - FOTO

Cəmiyyət
Azərbaycanlı müəllimin Şəhidlər haqqında yazdığı məqalə Türkiyədə çap olunub - FOTO

Akademik Xoşbəxt Yusifzadə adına 112 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Vüsalə Əliyevanın Şəhidlər haqqında yazdığı məqalə Türkiyədə çap olunub.

 

20  Yanvar – Müstəqilliyə və Zəfərə aparan yol


Azərbaycan xalqının tarix səlnaməsini vərəqlədikcə zaman–zaman qanlı-qadalı, ağrı-acılı günlərlə rastlaşırıq. Nədənsə, taleyimizə ayrılıq, Vətən həsrəti, “Gülüstan” və “Türkmənçay” ləkəsi, Xocalı soyqrımı yazılmış, dərdlərimizin üstünə Qarabağ boyda dərd yüklənmışdir. Bu faciələrin içərisində 20 Yanvar qətliamı misli görünməmiş terror aktı, Azərbaycan xalqının milli qüruruna qarşı törədilmiş vəhşilik aktı kimi xalqımızın qan yaddaşına,daş yaddaşına çevrilmişdir. 1990-cı ilin o müdhiş qış gecəsində çürümüş, ölməkdə olan sovet imperiyası və onun təpədən-dırnağadək sılahlanmış cinayətkar terrorçu “qırmızı” ordusu xalqımıza divan tutdu. Qoca Şərqin qapısı olan Bakı şəhəri viran qoyuldu.İkinci Dünya müharibəsində Bakı neftinin hesabına qələbə qazanmış sovet əsgərinin övladı o gecə babalarımızın  ruhuna da hörmətsizlik etdilər. Bakı şəhərinə “Qəhrəman şəhər “adı əvəzinə “Şəhid şəhər”adı verdılər. Lakin azadlıq eşqi ilə yaşayan,meydanları lərzəyə salan azəri-türk övladlarının babalarımızdan qalan müstəqillik arzusunu boğa bilmədilər. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq,xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Həmin vaxt Moskvada  ali dövlət vəzifəsindən bilərəkdən uzaqlaşdırılmış ulu öndər Heyər Əliyev olmasaydı bəlkə də dünya bu faciədən xəbər tuta bilməyəcəkdi. Dərhal səfirliyə gələrək hər cür təhlükəni gözə alan ulu öndər mətbuat konfransı keçirərək törədilən qətliamı pisləmiş, SSRİ rəhbərliyini kəskin şəkildə ittiham etmişdir.Bu həmin təzadlı illərdə misli görünməmiş cəsarət nümunəsi idi.7mart 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən xalq deputatı Heydər Əliyev 20Yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh edərək ,qatillərin aşkarlanması məsələsini yenidən qaldırıb,20Yanvar faciəsinə Ali Sovetin sessiyasının huquqi-siyasi qiymət verməli olduğunu vurğulayıb. H.Əliyev tərəfindən verilən kəskin bəyənat artıq Azərbaycan tarixində yeni siyasi dövrun başlanmasını bildirirdi. Heydər Əliyevin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsidir. O, kommunist partiyası sıralarından çıxmasına dair bu ərizəsində kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan etmişdi. Heydər Əliyev bu müraciətdə 20 yanvar hadisəsi ilə bağlı qeydlərində bildirirdi: "Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sovet Ittifaqi KP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq yarım il keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə bunları ört basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil". Beləliklə, 1991-ci ilin iyulunda Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi.20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi Heydər Əliyevi çox düşündürən məsələlərdən biri idi. Amma 1993-cü ilə qədər faktiki olaraq heç bir tədbir görülməmişdi. 1990-cı il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fovqəladə sessiyası öz işini yarımçıq qoymuş və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirməmişdi. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı il qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verdi”. 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında “Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: “Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Prezident Heydər Əliyev bu barədə deyirdi: “...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər. Heydər Əliyev hər zaman 20 Yanvar faciəsinin mahiyyət etibarı ilə bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş ən qanlı terror aktlarından biri kimi qiymətləndirmişdir. Prezident bu dəhşətli cinayətin təşkilatçılarının və icraçılarının indiyədək cəzasız qalmasından təəssüfləndiyini ifadə etmişdir.Artıq o şənbə gecəsindən,o qətl günündən 31 il keçir. Zaman bizi o günlərdən nə qədər uzaqlaşdırsa da yaralarımız sağalmır,ürəyimiz qan ağlayır.Lakin ağladığımız kifayət edər. Axı 20 Yanvar həm də xalqımızın qəhrəmanlıq tarixidir. Məhz 20 Yanvar gecəsindən Müstəqil Azərbaycan doğuldu. Bu müstəqil dövlətin memarı və qurucusu isə təbii ki, ulu öndər Heydər Əliyev oldu.


Doğru deyirlər ki, qansız istiqlal, şəhidsiz isə azadlıq ola bilməz. Xalqımız yaxşı bilir ki, azadlıq bəxş edilmir, döyüş meydanlarında tökülən qan hesabına alınır. Bugünkü Azərbaycan gəncliyi müstəqil Azərbaycanda yaşamaları ilə fəxr etməlidir. 20 Yanvarda doğulan bu gənclik 2016-cı ilin aprel döyüşlərində və 2020-ci ilin 44 günlük Vətən müharibəsində bütün dövrlərin “qara bəlasi” olan erməni quldurlarının məğlubedilməzlik mifini darmadağın etdi. Şəhidlərin qanı ilə boyanmış müqəddəs ay-ulduzlu bayrağımız bu gün Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Ağdamda.  Kəlbəcərdə, Xocavənddə və Şuşada dalğalanır. Azərbaycan Ordusu döyüş meydanında tarixi ədaləti bərpa etdi. Xalqımızın 30 illik intizarına son qoyuldu. Tarixi qələbəmiz ordumuzun gücünün, xalqımızın  birliyinin, Ali Baş Komandanımız cənab İlham  Əliyevin sərkərdəlik qabiliyyətinin təzahürüdür. Xalq- Prezident–Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında topraqlarımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı. Türkiyənin dəstəyi isə əsl qardaşlıq nümunəsi oldu. Heydər Əliyev ideologiyasının layiqli davamçısı olan İlham Əliyev 17 ildə bütün sahələrdə ata vəsiyyətini layiqli həyata keçirtmişdir. Bunu bariz nümunəsidir ki, Qarabağımızın tacı Şuşa şəhərinin işğaldan azad edilmə xəbərini Şəhidlər Xiyabanında xalqa çatdırarkən bu fikri  xüsusi vurğuladı; “Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir.


Suşa biz qayıtdıq !!!!

Şuşa biz səninləyik!!!

Şuşa biz səni dirçəldəcəyik!!!!


Böyükdən kiçiyə hər bir azərbaycanlının dilinin əzbəri olan, cənab prezidentimizin səsləndirdiyi fikirlər öz təzahürünü infrastrukturu tamalilə məhv olunmuş torpaqlarımızın yenidən qurulması, dağıdılmış abidələrimizin, məhv edilmiş mədəni irsimizin bərpası üçün bu gün davamlı olaraq aparılan yenidənqurma işlərində təcəssüm edir. 


Tarixin heç bir dönəmində bugünkü yekdilliyi fəth etməyən ümummilli həmrəyliyi azərbaycanı tarixi qələbəyə qovuşdurdu. Bu qələbədə adını tarixə yazan, ruhu qarşısında baş əyəcəyimiz şəhidlərimizın adlarını xalqımız ruhuna həkk etdi. 20 Yanvar şəhidlərinin məzarları üzərinə qoyulan qərənfillər müstəqilliyi necə xatırladırsa, indi də Qarabağımıza məxsus olan Xarı Bülbül Azərbaycan torpaqlarının   azadlığının rəmzinə çevrildi.


“Dəmir Yumruq” əməliyyatı ilə Zəfər tariximizə yazılan  Böyük Qələbə güclü dövlətimizin iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir...


Yaşasın Müstəqil Azərbaycan Respublikası!!!!!!!!

Qarabağ Azərbaycandır!!!!!!!!


Düşmən bizə neylər, əgər hər işdə bir olsaq

Ayrılsaq əgər qoy qənim olsun bizə torpaq!

Fotoları təqdim edirik
Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Cəmiyyət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla