Rusiyanın Kommunist Partiyasından olan Samara Vilayət Dumasının deputatı Mixail Abdalkin qulağından əriştə asaraq Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə müraciətinə baxdığı videonu internetdə yerləşdirib.
BUTA.TV xəbər verir ki, bundan sonra isə deputatın barəsində məhkəmə tərəfindən "Ordunu nüfuzdan salma" maddəsi ilə ittiham irəli sürülüb.
Məsələyə münasibət bildirən M.Abdalkin barəsində ittihamın məhz videodan dolayı açıldığını və günahsız olduğunu bildirib:
"Biz mübarizə aparacağıq, günahsız olduğumuzu sübut edəcəyik".
O qeyd edib ki, Kommunist Partiyasının regional Dumadakı fraksiyasının rəhbərliyinin xahişi ilə Putinin müraciətini izləyib.
“Tamamilə dəstək, tamamilə razıyam, əla performans. Son 23 ildə belə bir şey eşitməmişəm. Xoş təəccübləndim”, - Abdalkin bildirib.
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi
- Bakının tələbi var, yoxsa demarkasiya olmayacaq - Sərkisyan
- Polşa səfiri XİN-ə çağırıldı