Mədəniyyət Nazirliyində islahatlar aparılır. Mədəniyyətdə islahatlar vacibdir. İslahatların istiqamətlərindən biri insan kapitalını inkişaf etdirməkdir. Ölkədə kinonun, kitabxananın, teatrın, muzeylərin vəziyyətini bilirik.
Həqiqətən vəziyyət çox acınacaqlıdır. Adil Kərimlidən əvvəl nazir postunu tutanlar ilk baxışdan mədəni insanlara oxşayırdılar. Onlar Azərbaycan mədəniyyətinə barbar davranışı nümayiş etdirdilər. Səttar Bəhlulzadə adına Rəsm Qalareyasının qarşısında polyak heykəltaraşın yaratdığı "Uçan göyərçinlər" barelyefini satan nazirdən nə gözləyəsən? Mədəniyyət naziri tarixi binaları laqondanın ağzına verən fəhlə səviyyəsində mədəniyyəti bilib.
“Mədəniyyət” və “sivilizasiya” məfhumları bir-biri ilə sıx bağlıdır, çox vaxt bir-birindən fərqləndirilmir və eyniyyət təşkil edirlər. Lakin “sivilizasiya nazirliyi” deyilən nazirlik yoxdur. “Sivil nazir” anlayışı isə “mədəni nazir” anlayışından daha dolğun görsənir. “Sivilizasiya” məfhumunun ən davamlı istifadə olunduğu və geniş yayıldığı ölkələrdə o iki mənada işlədilir. Birinci məna: zəka, idrak, ədalət və dini dözümlülük kimi əsaslar üzərində qurulmuş yüksək inkişaf etmiş cəmiyyət; ikinci məna “mədəniyyət” anlayışı ilə bağlıdır və insanın müəyyən keyfiyyətlərinin – qeyri-adi ağıl, təhsillilik, elmlilik, gözəl ədalar, nəzakət və s. məcmusunu ehtiva edir.
Hər bir xalqın mədəniyyətində oxşar əlamət və cizgilər vardır: milli özünəməxsusluq və orijinallıq, təkrarolunmazlıq, unikallıq, dəyişkənlik və yenilik, özündənrazılıq, tənqidi və yaradıcılıq başlanğıcları, özlüyündə dəyərlilik, yüksək ideallara can atmaq və s. Bunlar bizim mədəniyyətimiz üçün də spesifikdir.
Bunları gələcəkdə qoruyub saxlamaq və nəfəs vermək üçün Mədəniyyət Nazirliyində geniş islahatlara eytiyac var.
Beləliklə, “sivil nazir” obrazı dağıldı. Tanıdığımız bir neçə qurumda yüksək təhsil görmüş, adları heç bir neqativ işlərdə hallanmayan gənclər irəli çəkilib. Mədəniyyət Nazirliyində isə həbs olunanlar gənclərdir.
Azərbaycan dünya kino səhnəsi kimi inkişaf etdirilməlidir. Kitab evlərinin sayı artırılmalıdır, muzeylərə, teatrlara insan axını olmalıdır.
Bir sözlə, sivilizasiyanın hənsı mərələyə yetişməsi dərk olunmalıdır.
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi
- Bakının tələbi var, yoxsa demarkasiya olmayacaq - Sərkisyan
- Polşa səfiri XİN-ə çağırıldı