Tanınmış mərsiyəxan Seyid Taleh Boradgahi ötən gün Hacı Şahin Həsənlinin vida mərasimində səsləndirdiyi mərsiyələrə görə tənqid edilməsi, İranın agenti olması barədə haqqında səslənən iddialara münasibət bildirib.
Taleh Boradgahi müsahibəsində səslənən iddiaları təkzib edib.
“Mən öz dövlətimə, millətimə bağlı bir şəxsəm. Bunu hər kəs gözəl bilir. Sadəcə, bəzi insanlar var, bilmirlər ki, nə adla ləkə salsınlar. Nə oldu, Rusiyaya gedirəm, mənə silah çəkirlər ki, sən dövlətin adamısan. Burda isə bəziləri deyirlər ki, İranın adamısan. Mən Allahın adamıyam. Azərbaycanlı balasıyam, bu xalqın, millətin övladıyam, xidmətçisiyəm. Heç yerə bağlılığım yoxdur. Heç bir siyasi partiyaya, heç yerə… Öz dövlətimi, hökumətimi, xalqımı, əsgərimi sevirəm, onlara canımı fəda edəcək dərəcədə sevən bir adamam. Heç bir dövlətlə, millətlə bağlılığım yoxdur. Allah bütün müsəlmanları qorusun. İslamda millətçilik yoxdur, ümmət var. Allah bütün Peyğəmbər ümmətini qorusun, müsəlmanların birliyini, vəhdətini daimi etsin. Aramıza fikir ayrılığı salanları, nifaq toxumu əkənləri bizdən uzaq etsin. Kim kimin adamıdır, onu çox gözəl bilirlər. Xalqın gözü tərəzidir. Mərsiyə oxumaq, cənazədə mərsiyə deyilməsi xalqımızın adətidir. Bu, əhli-beyt dostlarının imamlardan gələn adətidir. Mərsiyə bizim ədəbiyyatımızdır. Şəhidlərimizin cənazələrində mərsiyələri oxumuşuq. Minlərlə şəhidin cənazəsini çiynimdə daşımışam, İmam Hüseyndən oxuya-oxuya getmişəm. Şəhid anaları bununla təsəlli tapıblar. Bütün dəfnlərdə həm “Quran” oxuyuruq, həm əhli-beytdən oxuyuruq. Digər müsəlmanlardan fərqimiz budur ki, təkcə “Quran”la kifayətlənməmişik. Peyğəmbər iki ağır əmanət qoyub - Allahın kitabı və əhli-beytin ailəsi. Biz hər ikisindən yapışmışıq”, - o bildirib.
Taleh Boradgahi deyib ki, Hacı Şahin Həsənlinin yerini heç kim doldura bilməyəcək: “Hacı Şahinin yeri elə bir boşluqdur ki, onu doldurmaq mümkün deyil, çox çətindir. Hacı Şahinin vəfatını heç nə ilə əlaqələndirmək olmaz. Öz səhhətində problem var idi. Sinəsində yanma var idi, müəyyən ağrıkəsicilər içirdi ki, keçsin. Bütün qəlbləri fəth edəsən, ürəklərdə yer tapasan... Bir din xadimini təkcə dindarlar sevmədi, bütün sənətdən olan nümayəndələr – jurnalistlər, televiziya işçiləri, sənət adamları, hər kəs onun üçün göz yaşı tökür. Gecə səhərə qədər bu böyük şəxsiyyətin məzarı, yatdığı yer ziyarətgah olub. Xalqımız növbə ilə gəlir, Hacı Şahinin məzarını ziyarət edir. Onu bu gecə tək qoymadılar. Bu məqamda olan ruhani alim bir nəfər idi, o da əlimizdən getdi. Şəhid anaları deyirlər ki, övladımızın acısına Hacının xütbələri ilə təsəlli tapırdıq. Bundan o yana nə söz deyə bilərik?”
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi
- Bakının tələbi var, yoxsa demarkasiya olmayacaq - Sərkisyan
- Polşa səfiri XİN-ə çağırıldı