Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirakın yaratdığı fürsətdən istifadə edərək Fransanın müstəmləkəçi mövqeyini qınadığımı bəyan edirəm. COVID-19 pandemiyasına baxmayaraq, 2021-ci ilin dekabrında Yeni Kaledoniya Fransanın təzyiqi ilə adada üçüncü referendumun keçirilməsinə məcbur oldu. Müstəmləkəsizləşdirmə komitəsinin fəaliyyətinin bir hissəsi olaraq biz burada yaşayan əhalinin tam suverenliyini bərpa etməsi üçün dialoqa şərait yaratmalıyıq.
BUTA.TV xəbər verir ki, bu fikirləri Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşünün bağlanış mərasimində Yeni Kaledoniyanın müstəqillik uğrunda Kanak Sosialist Milli-Azadlıq Cəbhəsi müstəqil hərəkatının nümayəndəsi Forrest Mikael Jozept bildirib.
O bildirib:
“Biz həll yolları tapmaq və əhalimizin öz suverenliyini tam bərpa etmələri üçün dialoqun davamlı olmasını təmin etməliyik.
Bildiyiniz kimi, Sakit Okean regionu həm də dünyanın böyük dövlətləri üçün geostrateji bölgədir. Ölkəmizin vəziyyəti haqqında dünya ölkələrini məlumatlandırmağa davam etmək baxımından Qoşulmama Hərəkatı bizim üçün vacib platformadır. Ümid edirik ki, gün gələcək və Yeni Kaledoniya yenidən öz suverenliyinə və müstəqilliyinə qovuşacaq”.
Forrest Mikael Jozept, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyini yüksək qiymətləndirdiklərini qeyd edib.
- Polşa səfiri XİN-ə çağırıldı
- Dudadan Bakını qəzəbləndirəcək açıqlama
- Tovuzdakı dəhşətli qəzada həlak olan hərbçilər - Foto
- İrəvan Rusiyanı təkzib etdi: Paşinyan xahiş etməyib!
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
- İsrail taktiki uğur qazandı: bəs İran nələr itirdi?
- Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür
- Yanvarın 1-dən bu şəxslər cərimələnəcək - Rəsmi