İran və rus səfirləri Bakıda niyə görüşdü?

20:18 - 2 Mart 2023 - GÜNDƏM

 İran və rus səfirləri Bakıda niyə görüşdü?

Məlum səbəblərə görə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Bakıda bir çox tədbirə dəvət olunmur, rəsmi görüşləri də yox dərəcəsindədir. İki ölkə arasında gərginliyə görə İran ilk dəfə bu il Bakıda inqilabın 44-ci ildönümünü keçirə bilmədi. Keçirsəydi belə, rəsmi və vətəndaş cəmiyyəti səviyyəsində iştirak olmayacaqdı.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Ukrayna müharibəsinə görə, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov da Bakıda bir çox ölkənin müstəqillik günü tədbirlərinə dəvət olunmur:

“Bu vəziyyətdə qalan iki səfir öz aralarında görüşməyə qərar veriblər. Yayılan məlumatda Seyid Abbas Musəvinin Mixail Boçarnikovla Cənubi Qafqaz regionunda baş verən son hadisələri, “3+3” təşəbbüsünü, eləcə də iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığı, eyni zamanda, Şimal-Cənub dəhlizini müzakirə ediblər. Bu, aysberqin görünən tərəfidir. Hər iki səfir paytaxtlarından təlimat alıblar ki, “Sizin görüşünüz çalışdığınız ölkəyə və Qərbə mesaj olacaq ki, Rusiya və İranın iştirakı olmadan bölgənin problemlərini həll etmək mümkün deyil”.

Bölgədə problemlərin varlığı və həllinin uzanması elə Rusiya və İranın siyasəti ilə bağlıdır. Rusiya erməni separatizmini idarə edir, İran isə Ermənistana Zəngəzur dəhlizini bağlı saxlamağı məsləhət görür. Rusiya və İran nə qədər müqavimət göstərsə də, Türkiyənın, Avropa Birliyinin və ABŞ-ın Cənubi Qafqazda artan fəallıqlarına mane ola bilmirlər. ABŞ-ın Azərbaycanda müvəqqəti işlər vəkili Gevara İranla sərhədi - Gömrük Komitəsinin Astara şəhərindəki idarəsini ziyarət etməklə Tehrana bir başqa mesajı göndərib”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol