İran Hacı Şahinin ölümündən necə istifadə edəcək?

17:24 - 2 Mart 2023 - GÜNDƏM

 İran Hacı Şahinin ölümündən necə istifadə edəcək?

Hacı Şahin Həsənli “təqlid” prinsipinə əməl etsə də, İran mollaları onu sevmirdi, xüsusilə son illər onun haqqında “saray mollası” təbliğatı aparılırdı. Səbəbsiz deyil.

- Vaxtilə İran rejiminin Bakıda təsir ocağı kimi tanınan Məşədi Dadaş məscidinin yenidən dinə qaytarılmasında rol oynamışdı;

- İnanclı kəsim üzərindəki nüfuzu molla rejiminin bu kütləyə təsirinə mane olurdu;

- Bəlli idi ki, Şeyxdən sonra QMİ-nin sədri, əslində isə daha nüfuzlu dini lider olaraq önə çıxacaqdı;

Nardaran hadisələrindən sonra dövlət İranın Azərbaycandakı dini təsirinə qarşı mübarizəni aktiv mərhələyə keçirdi. Bu prosesdə “təsir agentləri”nin neytrallaşdırılması ilə yanaşı, milli dini liderin hazırlanması da əhəmiyyətli idi, çünki ölkə əhalisinin yarısından çoxunun inancı olan şiəliyi dəyişmək yox, bunu “Xomeyniçilikdən” ayırmaq, Əhli-beyt eşqinin Azərbaycan insanı üzərində İranın siyasətinə alət olmasının qarşısını almaq lazımdır. Hacı Şahin Həsənli təkcə millət yox, dövlət tərəfindən də bu obrazda qəbul olunurdu.

İran, şübhəsiz ki, Hacı Şahinin ölümündən istifadə edərək, onun nüfuz etdiyi inanclı kəsimi yenidən ələ keçirmək istiqamətində aktivləşəcək. Bu baxımdan, Hacı Şahinin nüfuz etdiyi kəsimə bundan sonra kimin xitab edəcəyi əhəmiyyətlidir.

Mənbə: Axar.az


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol