Erməni ekspert Lavrovu təhqir etdi: Zəngəzur açılır!

15:10 - 2 Mart 2023 - GÜNDƏM

 Erməni ekspert Lavrovu təhqir etdi: Zəngəzur açılır!

Fransanın XİN rəhbəri Kolonna çıxışlarında Laçın yolunda nəqliyyatın “bərpasının” zəruriliyini vurğulayır, Azərbaycanı Beynəlxalq Məhkəmənin “qərarına” hörmət etməyə çağırır. Biz niyə Kolonnanın dilindən belə çıxışları eşidirik, Lavrovun isə yox? Lavrov Bakıda olarkən yuxarıların təklifi ilə mediada bütün ittihamlara cavab vermək imkanı əldə edib. O, Ketrin Kolonna ilə eyni bəyanatı verə bilərdi. Amma Azərbaycanı pisləyən heç nə demədi. Bəs biz Lavrovdan nə eşitdik? “Paşinyanın Rusiyanın Ermənistanda hərbi mövcudluğu ilə bağlı son bəyanatları nəinki sonuncunun təhlükəsizliyinə zəmanət vermir, əksinə, respublika üçün təhlükəsizlik təhdidləri yaradır, mən bunu tamamilə onun vicdanının öhdəsinə buraxıram”. İkiüzlülük! Heç vaxt vicdanı olmayan vicdandan danışır!

BUTA.TV xəbər verir ki, bunu erməni analitiki Qraçya Qalustyan deyib.

“Əgər Lavrov diplomat yox, sosial məsuliyyəti aşağı olan xanım olsaydı, əxlaqsız davranışına görə fahişəxanadan qovulardı. Lavrov Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin əsas günahkarlarından biridir. Paşinyan demokratik yolla seçilmiş Baş nazirdir. Rusiyada isə demokratiya çoxdan kanalizasiyaya axıdılıb. Avropa və ABŞ mənəvi və tarixi baxımdan bizə yaxındır. Rusiya bizim onlarla yaxınlaşmağımızdan çox qorxur, buna qarşı əlindən gələni edir. Lavrov Bakıda olarkən Zəngəzur dəhlizini dəstəkləyib. Kreml uzun müddətdir ki, bu layihənin Azərbaycan, Rusiya, Türkiyə, Türkmənistan və bir çox başqa ölkələrin iqtisadi imkanlarını genişləndirəcəyini deyir. Ermənistan bu layihənin həyata keçirilməsinin əleyhinədir. Çünki Azərbaycanda Zəngəzur bütün Ermənistanın açarıdır. Tamamilə aydındır ki, 44 günlük müharibədə qələbədən sonra Azərbaycan növbəti hədəf kimi Zəngəzuru seçib. Axı onu ələ keçirməklə Azərbaycanı təkcə Naxçıvanla deyil, Türkiyə ilə də birləşdirmək olar. Prezident Əliyev artıq müharibədən sonra Horadizdən Zəngilan istiqamətində və daha sonra Ermənistan sərhədinə qədər dəmir yolunun tikintisinə başlamaq barədə göstəriş verib. Yəni onlar Bakıda öz planlarını həyata keçirirlər və Rusiya buna ancaq töhfə verir. Fransa Türkiyə-Azərbaycan qarşısında müqavimət göstərməyə hazır olduğunu dəfələrlə sübut edib. Bu şəraitdə kimin dost, kimin düşmən olduğu aydındır”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol