Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Nizami rayonu 8-ci km bazarında plandankənar yoxlama keçirilib.
Agentlikdən BUTA.TV-a verilən məlumata görə, yoxlama zamanı fiziki şəxs Məhəmməd Sahabətdin oğlu Quliyevin 2 ayrı piştaxtada temperatur rejimi gözlənilmədən, üzərində etiket məlumatları olmayan kolbasa məhsullarının satışını həyata keçirdiyi aşkarlanıb.
Aparılan nəzarət tədbiri zamanı fiziki şəxs Məhəmməd Sahabətdin oğlu Quliyevin və Sevilən Ad MMC-yə məxsus qida məhsullarının satışı həyata keçirilən obyektlərin qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərdiyi müəyyən edilib.
Aşkar olunmuş faktlarla bağlı sanitar-gigiyenik normalara cavab verməyən və ticarət qaydaları gözlənilmədən satışı həyata keçirilən məhsulların satışının qarşısının alınması istiqamətində tədbirlər görülüb, müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Həmçinin obyekt sahibləri barəsində inzibati protokol tərtib edilib.
Araşdırmalar davam etdirilir.
- “Gənclik”də tuneldəki qəza: səbəb vaxtsız yol təmiridir?
- Vüqar Qurbanova ağır itki
- Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq?
- 14 əməliyyata rəğmən, yüksək bal topladı – Video
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video
- 14 yaşında ulduz oldu, ölkəsindən qovuldu - Şillə qalmaqalında adı hallanan aktrisa kimdir? - Fotolar
- Bakının 7 rayonundan tədris onlayn olacaq - Sabahdan