ABŞ-dan Rusiya ilə görüş barədə açıqlama

01:44 - 2 Mart 2023 - GÜNDƏM

 ABŞ-dan Rusiya ilə görüş barədə açıqlama

ABŞ-ın Cenevrədə tərksilah üzrə konfransda Rusiya nümayəndə heyəti ilə gözlənilən təmaslar kontekstində elan edəcəyi heç nə yoxdur.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays danışıb.

"Hər hansı mümkün görüşlər barədə elan edəcəyim heç nə yoxdur”, – Prays bildirib.

Qeyd edək ki, daha öncə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Cenevrədə ABŞ nümayəndələri ilə təmasları istisna etmədiyini bildirib.

Onun sözlərinə görə, Moskva onları maraqlandıran istənilən məsələni müzakirə etməyə hazırdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol