Samir Əsədli ABŞ-da senatorlarla görüşdü

22:46 - 1 Mart 2023 - GÜNDƏM

 Samir Əsədli ABŞ-da senatorlarla görüşdü

Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini - Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli ABŞ-a səfəri çərçivəsində Arkanzas ştatının Senatında olub.

BUTA.TV xəbər verir ki, o, Senatın Yuxarı və Aşağı Palatalarının, Məhkəmə və Hüquq komitəsinin iclaslarını müşahidə edib.

S.Əsədli Senatda respublikaçı senator Bart Hester və demokrat senator xanım Stefani Flovers ilə görüşüb.

VHP təmsilçisi ştatın Baş Prokurorluğunda baş prokurornun birinci müavini Ryan Ousley və digər müavini Anuşri Cumde ilə də görüş keçirib. Keçirilən görüşlərdə ABŞ-ın federal və ştat qanunvericiliyi, Senatın fəaliyyəti, seçicilərlə görüş, millət vəkillərinin qanun təşəbbüsləri, qanunların qəbul və işləmə qaydası, prokurorluğun fəaliyyəti, federal və ştatın qanunvericilik fərqləri, Amerikada prokurorluq sistemi barədə müzakirə aparılıb.

Həmçinin Samir Əsədli ABŞ nümayəndələrinə Vətəndaş Həmrəyliyi Partiyasının fəaliyyəti, parlamentdə VHP-çi millət vəkillərinin iş prinsipləri, VHP-nin bölgədə və dünyada baş verən siyasi olaylara münasibətə barədə məlumat verib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol