Ən gözəl Novruz bayramı xonçası və süfrəsi müsabiqəsinə başlayırıq. Belə bir təşəbbüsü Güney Azərbaycan Mədəniyyət Mərkəzi və Rusiyada yaşayan Azərbaycanlı Qadınlar İctimai Birliyi irəli sürüb.
Bu sözləri BUTA.TV-a Güney Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Camal Mehmetxanoğlu deyib.
O bildirib ki, Novruz bayramı ənənələrinin yaşadılması üçün atılan bu addım artıq 2 ildir keçirilir:
“Bu il də maraqlanan və yarışa qatılmaq istəyənlər bayramdan bir gün sonraya kimi öz müraciətlərini edə bilər. Üç gündən sonra isə nəticələr elan olunacaq. Builki yarışmaya Güney Azərbaycanda və xaricdə yaşayan soydaşlarımız qatıla biləcək. Quzey Azərbaycandan olan iştirakçıların işi qəbul olunacaq, amma dəyərləndirilməyəcək. Qaliblər, əsasən, üç kateqoriya üzrə seçiləcək: Güney Azərbaycan, Rusiya və başqa xarici ölkələr. İddiası olan şəxslər bayram xonçası və süfrələrin fotolarını, yaxud hazırlıq videolarını müsabiqəyə göndərə bilər. Qaliblərə hədiyyələr veriləcək”, - o bildirib.
- İsrail taktiki uğur qazandı: bəs İran nələr itirdi?
- Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür
- Yanvarın 1-dən bu şəxslər cərimələnəcək - Rəsmi
- Ermənistan ordusu haubitsalarla Kərkiyə gedir – Video
- Hikmət Məmmədov işdən çıxarıldı
- Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - MN
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!