Azərbaycanın İrandakı diplomatik korpusuna silahlı hücumla bağlı işin halları göstərir ki, bu şəxs tək olmayıb. Bu təşkil olunub.
BUTA.TV xəbər verir ki, bunu Real TV-yə müsahibəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bildirib.
O qeyd edib ki, cinayətin bütün iştirakçıları, sifarişçiləri və icarıçıları məsuliyyətə cəlb edilməlidir:
“Bununla bağlı artıq biz Dövlət Təhlükəsizlik Xidməti ilə birgə İran tərəfinə hüquq yardım haqqında vəsadət hazırlayırıq. Danışığımız əsasında həmin vəsadət göndəriləcək və zərurət yaranarsa bizim buradan prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları oraya (İran- Red) ezam olunacaq. O işin gedişatını biz daima nəzarətdə saxlayacağıq”.
Baş Prokuror əlavə edib ki, Azərbaycanın İrandakı səfriliyinə qarşı silhalı hücumla bağlı bir çox qaranlıq məqamlar vardır: “Hücum edən şəxsin yarım saatdan artıq müddətdə bizim diplomatik korpusa silahlı basqın etməsi və buna qarşı polis və təhlükəsizlik xidməti orqanları tərəfindən heç bir tədbirin görülməməsi, “Kalaşnikov” tipli avtomatın bu şəxs tərəfindən necə əldə edilməsi. Bildiyiniz kimi, onun hətta iki odlu silahı olub”.
- İsrail taktiki uğur qazandı: bəs İran nələr itirdi?
- Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür
- Yanvarın 1-dən bu şəxslər cərimələnəcək - Rəsmi
- Ermənistan ordusu haubitsalarla Kərkiyə gedir – Video
- Hikmət Məmmədov işdən çıxarıldı
- Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - MN
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!