“Vardanyanın hələlik Xankəndində qalması bizə sərf edir – Qarabağın yerli, köklü siyasi “elitası” ilə Vardanyan arasında fikir ayrılıqları, rəqabət, hətta düşmənçilik dərinləşsə, bu, yaxşıdır”.
BUTA.TV-nin xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
N.Cəfərli qeyd edib ki, daxili çəkişmələr Xankəndində yaşayan “elita” arasında da parçalanmalara, rəsmi Bakı ilə təmasların artmasına çağıranların sayının artmasına səbəb ola bilər: “Bundan başqa belə qarşıdurma Vardanyanın Ermənistana transfer olmasının da qarşısı alına bilər – bu da bizə sərfdir, Ermənistanda gələcəkdə yeni “İvanaşvili” modelinin yaranması bizə ziyan ola bilər”.
Onun sözlərinə görə, uzun illərdir ki, Qarabağ problemi həm Azərbaycanda, həm də Ermənistanda varolma məsələsi, əsas siyasi diskurs yaradan, hakimiyyət və müxalifət üçün əsas müzakirə mövzusu idi: “Ermənistan üçün Qarabağ məsələsi milli kimliyin əsas tərkib hissəsinə çevrilmişdi, amma indi görürəm ki, Ermənistan siyasətində bu məsələ artıq “ölüm-qalım” məsələsi deyil, hakimiyyət-müxalifət münasibətlərində hələ də önəmli olsa da, Ermənistan daxili siyasi diskursunda başqa çağırışlar, problemlər getdikcə daha çox önə çıxır. Ermənistanın gələcək siyasi-coğrafi vektoru, iqtisadi inkişaf konsepsiyası, rifah üçün islahatlar modeli – bu tipli fundamental məsələlər Ermənistan siyasətində Qarabağ məsələsini sıxışdırmağa başlayıb. Əslində, bu da bizim üçün yaxşı tendensiyadır. Azərbaycanda da artıq Qarabağ məsələsinin böyük ölçüdə həll olunduğu yanaşması önə çıxmalı, önümüzə baxmağı, daha fundamental, daha “vizioner”, daha strateji məsələlərə köklənməyi öyrənməliyik. Yəni, Qarabağ məsələsi rifah və ədalətli dövlət quruculuğu missiyasının önünə keçməməli, bu yolda bəhanə yaratmamalı, tam tərsinə, gələcək dövlət idarəetmə modelinin tərkib hissəsinə çevrilməlidir...”
- Yanvarın 1-dən bu şəxslər cərimələnəcək - Rəsmi
- Ermənistan ordusu haubitsalarla Kərkiyə gedir – Video
- Hikmət Məmmədov işdən çıxarıldı
- Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir - MN
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?