Qərb Rusiyanın ətrafında mümkün qədər çox tonqal yandırmaq istəyir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Andrey Klimov deyib.
“Təəssüf ki, Rusiya sərhədi ətrafında daha çox od yandırmaq üçün bu prosesə müdaxilə edirlər. Mənə elə gəlir ki, erməni qonşularımız bunu nəzərə almalıdırlar. Çox vaxt kömək etməyə yox, odun üstünə yağ atmağa çalışırlar”, - Klimov bildirib.
Onun sözlərinə görə, Ermənistanın öz ərazisində hansı müşahidəçilərin olacağına qərar vermək hüququ var və bu, beynəlxalq hüququn ümumi qaydasıdır:
“Uzun illərdir mövcud olan Qarabağ məsələsinin tez və yekun həllinin olacağına inanmaq sadəlövhlükdür. Heç kim ciddi kompromislər olmadan bunu edə bilməz”.
- Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - “Su qiymətinə”
- Azərbaycanda maşınların təkrar ixracı niyə aktual deyil? - Video
- “Gənclik”də tuneldəki qəza: səbəb vaxtsız yol təmiridir?
- Vüqar Qurbanova ağır itki - Foto
- Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq?
- 14 əməliyyata rəğmən, yüksək bal topladı – Video
- Məktəblərdə tətil başladı
- Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - Video