Dənizə girişi bağlayan hasar söküldü - Foto

15:10 - 27 Fevral 2023 - GÜNDƏM

 Dənizə girişi bağlayan hasar söküldü - Foto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən BUTA.TV-a bildirilib ki, daxil olan müraciət əsasında Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində dənizkənarı mühafizə zonasında vətəndaş tərəfindən qeyri-qanuni olaraq dənizkənarı sahənin daş hasarla bağlanması və dənizə girişin qarşısının kəsilməsi faktı müəyyən edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı Şəhəri və paytaxtın Qaradağ Rayon İcra hakimiyyətlərinin nümayəndələri ilə birgə həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikili sökülərək, vətəndaşların dənizə sərbəst giriş imkanı bərpa edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol