İsveçin NATO üzvlüyünə icazə verə bilmərik - Çavuşoğlu

13:06 - 27 Fevral 2023 - GÜNDƏM

 İsveçin NATO üzvlüyünə icazə verə bilmərik - Çavuşoğlu

Ankara indi İsveçin NATO-ya üzvlük ərizəsini təsdiq edə bilməz.

BUTA.TV xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“İsveç və Finlandiyanın NATO-ya daxil olmaq niyyəti ilə bağlı üzərlərinə götürdükləri müəyyən öhdəliklər var. İsveç tərəfdən biz bütün addımların həyata keçirildiyini görmürük, ona görə də hazırkı mərhələdə onun alyansa daxil olmasına razılıq verə bilmərik”, - Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, İsveç hökuməti bəzi öhdəlikləri yerinə yetirib, xüsusən də konstitusiyaya dəyişikliklər ediblər:

“Amma eyni zamanda Türkiyədə terror təşkilatı kimi tanınan PKK hələ də bu ölkədə fəaliyyət göstərir”.

Qeyd edək ki, tərəflər arasında 3-cü görüş 9 martda Brüsseldə olacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol