Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Prezident İlham Əliyevlə görüşündə Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstək və həmrəyliyə görə dövlət başçısına dərin minnətdarlığını bildirib.
BUTA.TV xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan qardaş Türkiyənin və Azərbaycanın həmişə bir-birinin yanında olduğunu vurğulayıb.
Türkiyə Prezidenti Azərbaycanın göndərdiyi humanitar yardımları yüksək qiymətləndirib və buna görə təşəkkür edib.
Rəcəb Tayyib Ərdoğan azərbaycanlı xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində öz fəaliyyətlərini böyük cəsarətlə və əzmlə davam etdirdiklərini, insanların xilası üçün fədakarlıqla çalışdıqlarını bildirib.
- “Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir” - Yenilənib
- Sabah Bakıya intensiv yağış yağacaq
- Bakıya rəng qatan qonaqlar... - Fotolar
- “WUF13-də rekord sayda iştirakçıları qəbul edirik” - Yenilənib
- Bu rayonda reyd: Sürücülərə xəbərdarlıq edildi - Video
- Sabunçuda sexdə yanğın baş verdi
- Bakıya yağan yağış aylıq normanın 589%-ni təşkil edib
- Vüsal Nəsirli rəisi işdən çıxardı