Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində əslən erməni olan Özbəkistan vətəndaşı OMON əməkdaşını güllələyib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, hadisəni törədən şəxsin terror aktı planlaşdırdığı bildirilir.
50 yaşlı Tiqran Xaçikyan əlində iki silah və iki “Molotov kokteyli” ilə “Sadovaya” metrostansiyasına gəlib. Biraz getdikdən sonra o, səsgücləndirici kolonkanı çıxarıb, yüksək səslə musiqi qoyub və ona yaxınlaşan Rusiya Qvardiyası əməkdaşlarına qaçmalarını deyib.
OMON onu saxlamağa çalışıb, lakin həmin şəxs ov tüfəngini çıxarıb və bir neçə dəfə atəş açıb.
Xəsarət alan OMON əməkdaşında qarın, bel aşağı nahiyəsi və çanaq hissədən çoxsaylı açıq yaralar aşkarlanıb. O hazırda əməliyyat olunur.
- Bakıda may ayında bu qədər yağış görməmişəm
- Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - “Su qiymətinə”
- Azərbaycanda maşınların təkrar ixracı niyə aktual deyil? - Video
- “Gənclik”də tuneldəki qəza: səbəb vaxtsız yol təmiridir?
- Vüqar Qurbanova ağır itki - Foto
- Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq?
- 14 əməliyyata rəğmən, yüksək bal topladı – Video
- Məktəblərdə tətil başladı