ABŞ Çinin sülh planını rədd etdi - KİV

13:24 - 24 Fevral 2023 - GÜNDƏM

 ABŞ Çinin sülh planını rədd etdi - KİV

Çin Ukraynadakı münaqişənin həlli ilə bağlı 12 bənddən ibarət plan dərc etdi, lakin artıq ilk reaksiyadan ABŞ-ın bu planı rədd etdiyini başa düşmək olar.

BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq”də dərc edilən məqalədə bildirilib.

“Qərb və Ukrayna Çinin bu planını Rusiya Prezidenti Vladimir Putin üçün faydalı hesab edir, çünki o, atəşkəs bəndini ehtiva edir. Bu da Rusiya qoşunlarının Ukraynanın cənub-şərqinin bir hissəsinə nəzarət etdiyi zaman vəziyyəti dondurmaq deməkdir. Bundan əlavə, planda Rusiyaya qarşı sanksiyaların ləğvi çağırışı da var”, - məqalədə qeyd edilib.

“Blumberq” bildirib ki, ABŞ və Avropanın Çinin sülh planına dair şübhələri hələ dərc edilməmişdən əvvəl ifadə edilib:

“Bu, Pekinin münaqişədə qərəzsiz vasitəçi kimi qəbul edilməməsi ilə izah olunur”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol