“PAŞA Holdinq” Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı həlak olan və yaralanan şəxslərə dəstək göstərib.
BUTA.TV xəbər verir ki, hücum zamanı həlak olan Orxan Əsgərovun ailəsinə, eləcə də yaralanan Mahir İmanova 50.000 AZN, terrorçunun qarşısını alaraq yaralanan Vasif Tağıyevə isə mebel ilə təchiz edilmiş yeni tikilidə mənzil təqdim edib.
“Hadisə zamanı həlak olan Orxan bəyə Allahdan rəhmət, ailəsinə səbr, yaralanmış həmvətənlərimizə şəfa diləyirəm” – deyə, “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov əlavə edib. Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum zamanı səfirliyin mühafizə rəisi Orxan Əsgərov həlak olub, 2 əməkdaşı isə yaralanıb.
- ABŞ-yə köçən teleaparıcı barədə şok məlumatlar - Görün atalığı nə edib?
- Bakıda may ayında bu qədər yağış görməmişəm
- Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - “Su qiymətinə”
- Azərbaycanda maşınların təkrar ixracı niyə aktual deyil? - Video
- “Gənclik”də tuneldəki qəza: səbəb vaxtsız yol təmiridir?
- Vüqar Qurbanova ağır itki - Foto
- Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq?
- 14 əməliyyata rəğmən, yüksək bal topladı – Video