"Qarabağ"ı keçsək, daha tanınmış komandalarla qarşılaşa bilərik.
BUTA.TV xəbər verir ki, bunu "Gent" klubunun baş məşqçisi Heyn Vanhazebruk Belçikada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
"Qarşıda duran vəzifə çətindir, amma mümkünsüz deyil. Bu raundu adlayıb püşkatmada münasib rəqiblə düşsək, 1/4 finala da yüksələ bilərik. Kim bilir, daha sonra nələr olacaq. Çətin anlarda komandaya dəstək olmaq çox vacibdir. Bu qələbə həm 600 000 avro gəlir, həm də prestij deməkdir", - Vanhazebruk bildirib.
59 yaşlı mütəxəssis qeyd edib ki, Bakıdakı ilk matçda çərçivəyə dəqiq zərbələri olmayıb:
"Bu, o qədər də yaxşı deyil. Çərçivəyə düşə bilmirsənsə, qol olmayacaq. Rəqib bizdən 2 dəfə çox qol epizodu yaratdı. Cavab oyununda daha yaxşı olmalıyıq. Bunun keyfiyyətlə əlaqəsi var. Demirəm ki, bizdə bu amil çatışmır. Sadəcə, fürsət düşəndə istifadə etməlisən. "Qarabağ"a bu keyfiyyətə sahib olduğumuzu göstərməli və heç olmasa onların qapıçısını işləməyə məcbur etməliyik".
- ABŞ-yə köçən teleaparıcı barədə şok məlumatlar - Görün atalığı nə edib?
- Bakıda may ayında bu qədər yağış görməmişəm
- Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - “Su qiymətinə”
- Azərbaycanda maşınların təkrar ixracı niyə aktual deyil? - Video
- “Gənclik”də tuneldəki qəza: səbəb vaxtsız yol təmiridir?
- Vüqar Qurbanova ağır itki - Foto
- Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq?
- 14 əməliyyata rəğmən, yüksək bal topladı – Video