Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov fevralın 27-28-də Azərbaycana rəsmi səfər edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib.
Diplomat qeyd edib ki, səfər Rusiya ilə Azərbaycan arasında 2022-ci il fevralın 22-də yüksək səviyyədə imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümü münasibətilə həyata keçirilir.
M.Zaxarovanın vurğulayıb ki, Bakıda aparılacaq dialoq əsnasında ikitərəfli münasibətlərin bütöv bir kompleksi, aktual regional və beynəlxalq məsələlər müzakirə olunacaq, 2020-ci il noyabrın 9-da, 2021-ci il yanvarın 11-də və noyabrın 26-da, 2022-ci il oktyabrın 31-də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsi vəziyyətinə xüsusi diqqət yetiriləcək.
M.Zaxarova vurğulayıb ki, bu sənədlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının çox mühüm elementləridir və Cənubi Qafqazın sülh, sabitlik və tərəqqi zonasına çevrilməsinə kömək etməlidir.
Rusiyalı nazir Bakıya səfərinin ikinci günündə Rusiya-Azərbaycan Ekspert Şurasının müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının birinci ildönümünə həsr olunmuş plenar iclasında çıxış edəcək.
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video
- Bu, Əliyevin qələbəsidir - Solonnikov
- Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb