2000-dən çox erməni yük maşını Yuxarı Lars sərhəd-keçid məntəqəsində qalıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan deyib.
“Yük maşınları üçün Lars vasitəsilə hər iki istiqamətdə hərəkət hələ də qadağandır. Lakin artıq səhər saatlarından Krestovıy aşırımından keçən yolun təmizlənməsi işlərinə başlanılıb. Ola bilsin ki, bu gün avtomobillər üçün yol açılsın”, - Akopyan bildirib.
Qeyd edək ki, Yuxarı Lars yolu pis hava şəraiti səbəbindən fevralın 19-da yük, 20-də isə minik avtomobilləri üçün bağlanıb.
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video
- Bu, Əliyevin qələbəsidir - Solonnikov
- Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb