Türkiyənin Qəhrəmanmaraş vilayətində baş verən şiddətli zəlzələlərdən sonra yeni sui-qəsd nəzəriyyələri gündəmə gəlib.
BUTA.TV Teleqraf.com-a istinadən xəbər verir ki, müzakirələr İstanbul boğazında lövbər salan ABŞ-ın “USS Nitze” hərbi gəmisi ilə başlayıb.
Fevralın 6-da İstanbulda 3.1 bal gücündə zəlzələ baş vermiş və bu kiçik silkələnməni ABŞ gəmisinə bağlayan iddialar ortaya atılmış və HAARP sistemi sosial şəbəkədə gündəmə gəlmişdi.
“Süni zəlzələ döyüş taktikası kimi” məsələsi müzakirə olunarkən “USS Nitze” İstanbuldan Gölcükə üzməyə başlayıb. Həmin gecə və səhər saatlarında Kahramanmaraşda baş verən zəlzələlər sui-qəsd nəzəriyyəsini genişləndirib. Tarixçi Həsən Mərt Kayanın sosial şəbəkədə paylaşdığı məlumatda oxşar sui-qəsd nəzəriyyəsinin 129 il əvvəl də gündəmdə olduğu ortaya çıxıb. Kaya yazır ki, İstanbulun ən böyük zəlzələlərindən biri olan 1894-cü il zəlzələsindən sonra “Mərmərə dənizində qazma işləri aparan xarici gəmi tərəfindən süni şəkildə edilib” iddiası dövrün qəzetlərində yer alıb.
“1894-cü ildə İstanbul, İzmit, Mərmərə dənizi yaxınlığında dərin izlər buraxan 7.0 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 1349 nəfər həlak olub. İstanbulda başda Kapalıçarşı olmaqla bir çox tarixi bina dağıdılıb və ya ciddi şəkildə zədələnib. Zəlzələ bütün Anadoluda, hətta Yunanıstan və Kritdə də hiss olunub. Bu olay Rusiya və İngiltərədə seysmik rekordlara düşüb. Osmanlı İmperiyasına beynəlxalq yardım kampaniyası başladılıb. Dövlət də ölkədə rəsmi yardım kampaniyasına start verib”, - Kaya qeyd edib.
Tarixçinin sözlərinə görə, zəlzələdən sonra Yunanıstandan Afina Rəsədxanasının direktoru Yeginitisin başçılığı ilə İstanbula elmi komissiya dəvət edilib və bu komissiya elmi hesabat hazırlayıb:
“Seysmoqraflar xaricdən alınıb. Cihazlardan biri Yıldız Sarayında, digəri isə Əmirə Rəsədxanasında yerləşdirilib. 1868-ci ildə Osmanlı İmperiyası zəlzələ ilə bağlı araşdırma aparan ilk qurum olan Əmir Rəsədxanasını qurub. 1894-cü il şiddətli İstanbul zəlzələsindən sonra Sultan Əbdülhəmidin İtaliyadan gətirdiyi cihazlarla zəlzələ araşdırmalarına başlayan Qəndilli Rəsədxanası zəlzələləri qeydə alıb.
O dövrün mətbuatında 1894-cü il zəlzələsi ilə bağlı müxtəlif xəbərlər və sui-qəsd nəzəriyyələri yer alıb. Onlardan biri zəlzələnin Mərmərə dənizində qazma işləri aparan xarici gəmi tərəfindən süni şəkildə törədilməsi ilə bağlıdır. 1894-cü il zəlzələsi ilə bağlı xəbərləri dövrün qəzetlərindən, xüsusilə Əhməd Midhət bəyin qurduğu “Tərcüman-ı Həqiqət” qəzetindən izləmək mümkündür”.
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video
- Bu, Əliyevin qələbəsidir - Solonnikov
- Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb