Rusiya ABŞ Prezidenti Co Baydenin Ukraynaya səfəri barədə bildirişi aldığını təsdiqləməklə kifayətləndi. Vaşinqton Moskvadan heç bir zəmanət almadı.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.
“Onlar yalnız bildirişin alındığını təsdiqlədilər. Lakin heç bir mübadilə olmadı”, - o bildirib.
Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedyev ABŞ Prezidenti Co Baydenin Ukraynaya gəlməzdən öncə təhlükəsizliyi ilə bağlı zəmanət aldığını demişdi.
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video
- Bu, Əliyevin qələbəsidir - Solonnikov
- Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto