Vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişlərinə uyğun olaraq Abşeron rayonunda növbəti vətəndaş qəbulları keçirilib.
BUTA.TV xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında, o cümlədən Xırdalan şəhəri də daxil olmaqla, Aşağı Güzdək, Digah, Qobu qəsəbələri, Məmmədli və Novxanı kəndlərində baş tutan görüşlərdə RİH başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak edib.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən surətli abadlıq-quruculuq işlərindən məlumat verən RİH başçısı bildirib ki, Azərbaycan öz gücünə rayon və kəndlərimizi yenidən qurur və soydaşlarımız yaxın zamanlarda öz doğma yurdlarına qayıdacaqlar.
Abşeron rayonunda da həyata keçirilən abadlıq-quruculuq işləri barəsində sakinlərə məlumat verən Abdin Fərzəliyev bildirib ki, yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilir. Qeyd edilib ki, 2023-cü ilin əvvəlindən Masazır, Novxanı, Fatmayı və Görədil kəndlərinin küçələrinə ümumilikdə 7.500 m2 əraziyə asfalt, 2.000 m3 qırmadaş tökülərək yayılıb, Saray və Ceyranbatanda 300 metr məsafəyə bordür düzülüb. Qobu qəsəbəsində isə yağış sularının axıdılması məqsədi ilə 400 metr məsafədə boru xətti çəkilib. O cümlədən, rayon ərazisində 111 km uzunluğunda küçələrin işqlandırılması işlərinin artıq 80 faizi yekunlaşıb.
Kənd və qəsəbələrdə daxili küçələrinin abadlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulayan RİH başçısı həftəsonları rayon ərazisində təmizlik-abadlıq işlərinin aparıldığını və bu tədbirlər çərçivəsində ilin əvvəlindən 750 ədəd müxtəlif həmişəyaşıl ağaclarının əkildiyini qeyd edib.
Qəbullarda sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər yerində həll olunub, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video
- Bu, Əliyevin qələbəsidir - Solonnikov
- Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb