Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Qəhrəmanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha bir kişi meyitini çıxarıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, FHN-in xilasediciləri tərəfindən şəhərin Kuddisi Baba bulvari 8 mərtəbəli binanın dağıntıları altında aşkarlanan orta yaşlı kişi meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qeyd edək ki, FHN-in qüvvələri tərəfindən indiyə qədər dağıntılar altından 52 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
- İran bacarmadı: Cənubi Qafqazda bu iki dövlət qalır - Safrastyan
- Azərbaycan BMT sessiyasında minalarla bağlı bəyanat yaydı
- Hikmət Hacıyev Londonda görüşlər keçirdi
- Azərbaycan Argentinaya başsağlığı verdi
- Zori Balayanla bu tarixdə tanış olmuşam - Qukasyan
- Arutyunyan qanunsuz silahlı birləşmələrin adını saydı
- Şimali Makedoniya prezidenti Bakıya gəldi
- Aviasiya Akademiyasında “Boinq 777” uçuş simulyatoru quraşdırıldı