Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Ayrılmaq istəyən arvadını taksidə sinəsindən güllələdi

Maraqlı
Ayrılmaq istəyən arvadını taksidə sinəsindən güllələdi

Türkiyənin Bursa şəhərində 31 yaşlı Ömer Aydın ayrılmaq istəyən arvadını güllələyib.

 

Buta.ws Milli.Az-a istinadən xəbər verir ki, 25 yaşlı həyat yoldaşı Elif Aydını taksidə öldürən Ömer Aydın artıq saxlanılıb.

 

İddiaya görə, Ömer Aydın boşanmaq istəyən həyat yoldaşını iş yerindən götürüb, taksiyə mindirib. Cütlük taksidə mübahisə etməyə başlayıb. Ömer Aydın üzərində gəzdirdiyi tapançanı çıxararaq Elif Aydının sinəsindən atəş açıb. Qadın kənar şəxslər tərəfindən xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Qatil həyat yoldaşı isə sözügedən taksi ilə hadisə yerindən uzaqlaşıb.

 

Aparılan araşdrıma zamanı Elif Aydını vuran şəxsin taksi sürücüsü işləyən Ömer Aydın olduğu məlum olub. Onun hadisə yerindən qaçdığı taksinin sürücüsünün isə Murat K.( 51) olduğu üzə çıxıb. Aydın atasının evində, Murat T. isə iş başında yaxalanıblar. 

 

Məlumata görə, cütlüyün ayrı yaşadığı, bir uşaq anası olan qadının həyat yoldaşının ondan uzaqlaşdırma qərarı aldığını, ona xəsarət yetirdiyi üçün ərinə qarşı inamının qalmadığı üçün çantasında bibər qazı daşıdığı iddia edilir.

 

Həyat yoldaşı ilə aralarında 3 aydan bəri problem yaşadıqlarını bildirən Ömer Aydın ifadəsində bunları deyib:

 

"Arvadım evimi tərk edərək atası evinə getdi. Şikayətinə görə 45 gün həbsxanada yatdım. Arvadımla son dəfə danışıb bir araya gəlmək istədiyimi bildirmək üçün tutduğum taksi ilə çalışdığı fabrikə getdim. Taksiyə minməzdən əvvəl üzərimdə tapança olub-olmadığını soruşdu. Tapançanın darağını çıxarıb ona verdim. Taksiyə minəndə tapançanı ortamıza qoydum. Bu an "bacım" yazılan bir nömrədən telefonuna zəng gəldi. Çantasından bibər qazını çıxarıb üzümə tutdu. Tapançanı almağa çalışdı. Hər şey də ondan sonra baş verdi".

 

İstintaq davam edir.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Maraqlı bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla